Opet

Opet Fuchs Mədəni Yağ Şirkəti - OPET
Opet - Petrolcülük A.Ş və Fuchs Petrolub SE şirketlerinin ortaq əməkdaşlığı ilə qurulmuş, avtomobil və sənaye sürtkü yağları, avtomobilə qulluq məhsullarının istehsalı, satışı və satış sonrası xidmətlərini həyata keçirən, bu sahə üzrə ixtisaslaşmış 200-dən artıq mütəxəssis işçisi və Türkiyədə geniş diler şəbəkəsi ilə fəaliyyət göstərən sənaye təşkilatıdır. OPET FUCHS Man, Volvo, VW, Mercedes Benz, Ford vs. kimi dünyanın ən nüfuzlu OEM-lər (orijinal avadanlıq istehsalçıları) tərəfindən təsdiqlənmiş məhsulları ilə bu sənayedəki istehsalçı və istehlakçılarla hər zaman əməkdaşlıq edərək davamlı əlaqələr qurmaqdadır. Dünyanın ən böyük sürtgü yağı şirkəti olan Fuchs Petrolub SE, 50-dən çox şirkət və 5000-dən çox işçisi ilə 40-dan çox ölkədə fəaliyyət göstərir. 10000-dən artıq fərqli məhsulu ilə 100.000-dən çox müştərisinə müstəsna həll yolları tapan Fuchs, xüsusən də texnologiya, tədqiqat və inkişaf (Ar-Ge) sahəsinə investisiya qoyuluşu ilə bu sektorda lider mövqedədir. OPET Petrolcülük A.Ş pərakəndə satış, ticarət və sənaye yanacaqları, anbar və beynəlxalq ticarət sahələrində fəaliyyət göstərir. 2002-ci ildə Koç Holding Enerji Qrupunun 50 % səhmlərinə ortaq olan OPET, Türkiyənin ən böyük 2-ci yanacaq paylayıcı şirkəti olub SUNPET markası ilə ümumilikdə 1400-dən çox stansiyaya malikdir. OPET FUCHS, orijinal avadanlıq istehsalçıları (OEM) ilə ortaq şəkildə aparılmış R&D (tədqiqat və inkişaf) işləri və əməkdaşlıq sayəsində ən son texnoloji nəqliyyat vasitələrinin və avadanlıqların yağlama ehtiyaclarına uyğun yeni nəsil sürtkü yağları istehsal etməkdədir. Opet səhmdarı Fuchs-ın təxminən bir əsrlik təcrübəsi ilə R&D laboratoriyası və onlayn yağ analiz platforması FULLCHECK, son bir neçə ildə OEM'lərin yağlama sahəsində ehtiyac duyduğu yanacaq qənaəti, işlənmiş qaz emissiyaları ( tullantıları) və istifadə müddəti üzərində işləməyi hazırda da davam etdirir.

Geri