Vesna

TAB şirkəti dörd fərqli yerdə geniş çeşiddə qurğuşun turşusu, VRLA AGM, VRLA Gel batareyaları və Li-ion batareyaları istehsal edir:. Şirkətdə dörd müxtəlif istehsal məntəqəsində ümumilikdə təxminən 1.800 əməkdaş çalışır. Birinci istehsal sahəsi Sloveniyanın Žerjav şəhərində yerləşir. Burada ildə təxminən 55.000 ton akkumulyator tullantısının emalı həyata keçirilərək 30.000 ton yumşaq qurğuşun və qurğuşun ərintiləri istehsal olunur. Eyni zamanda, burada sənaye akkumulyatorları zavodu fəaliyyət göstərir və illik istehsal gücü 1,8 milyon ədəd TAB markalı dartıcı (traction) və stasionar elementlərdən (cells) ibarətdir. İkinci istehsal sahəsi Sloveniyanın Črna na Koroškem şəhərində yerləşir. Bu zavodda TAB, Topla, Vesna və VolThor markalarına məxsus starter (avtomobil işəsalma) akkumulyatorları istehsal olunur. Zavodun illik istehsal gücü 3 milyon ədəd təşkil edir. Üçüncü istehsal sahəsi Sloveniyanın Prevalje şəhərində yerləşir və burada Li-ion akkumulyatorları istehsal edilir. Dördüncü zavod isə Şimali Makedoniya Respublikasının Probiştip şəhərində fəaliyyət göstərir. Bu müəssisədə illik 3 milyon ədəd Vesna markalı starter akkumulyatoru, 0,6 milyon ədəd TAB markalı dartıcı akkumulyator elementi istehsal olunur. Bundan əlavə, burada yerləşən təkrar emal zavodunda ildə 18.000 ton akkumulyator tullantısından 10.000 ton yumşaq qurğuşun və qurğuşun ərintisi istehsal edilir. TAB şirkətinin yüksək keyfiyyətli akkumulyatorları dünyanın bir çox ölkəsində, xüsusilə Avropa, Asiya və Amerika bazarlarında etibarlı və tanınmış məhsullar kimi geniş istifadə olunur.

Geri